“Arsenal”ın müdafiəçisi Sead Kolaşinaç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” tanınmış futbolçunu heyətinə qatmağa hazırlaşır.
Bir müddətdir 28 yaşlı oyunçu ilə danışıq aparan İstanbul təmsilçisi qış fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədir. “Topçular” Bosniya və Herseqovina millisinin üzvü ilə yanvarda vidalaşmağa razıdır. İndi qalır Kolaşinaçın özündən “hə” cavabını almaq. Əks təqdirdə o, mövsümün sonunda “Arsenal”ı azad agent kimi tərk edəcək.
Qeyd edək ki, “Fənərbaxça” bu ilin əvvəlində “Arsenal”dan yarımmüdafiəçi Mesut Özili transfer edib.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi