“Fənərbaxça” mövsümün sonunda bir neçə ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Apasport.az saytının “Fotomac”a istinadən məlumatına görə, Türkiyə klubu İspaniyada çıxış edən daha bir oyunçuya göz dikib.
“Atletiko”nun hücumçusu Luis Suaresdən sonra indi də “Real”ın müdafiəçisi Marselo “sarı-lacivərdlilər”in maraq dairəsindədir. Suares kimi, Marselonun da yayda azad agent olması “Fənərbaxça” rəhbərliyini həvəsləndirir. Ancaq braziliyalı müdafiəçi həmçinin ölkəsinin bir neçə klubu və “İnter Mayami”nin də gündəmindədir.
Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”ın formasını geyinir.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ