“Get özünə klub tap” – “Barselona”dan son qərar
27.01.2022 - 23:36
“Barselona” və Usman Dembelenin nümayəndələri arasında görüş keçirilib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş direktoru Ferran Reverter və vitse-prezident Rafa Yuste fransalı vingerin agenti Mussa Sissoko ilə görüşüb.
Agenti bildirib ki, 24 yaşlı futbolçu komandada qalmaq və bunun üçün müqaviləni uzatmaq istəyir. Barselonalılar isə Dembeledən özünə klub tapmağı xahiş edib. La Liqa təmsilçisi Usmanı qış transfer pəncərəsində satmağa qərar verib.
Qeyd edək ki, Dembele mövsümün 11 oyununda 1 qola imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0