"HİK fiziki cəhətdən çox hazırlıqlı komandadır" - Emin Mahmudov
02.08.2021 - 18:06
“HİK fiziki cəhətdən çox hazırlıqlı komandadır".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya klubu HİK-lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi sabahkı qarşılaşmaya hazır olduqlarını bildirib: “Rəqib hər nə qədər hazırlıqlı olsa da, nəzərə alaq ki, öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını sabah yerinə yetirməyə və qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlayacaq.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0