“İnter”dən yeni müqavilə təklifi
09.10.2021 - 17:03
“İnter” futbolçusu Marselo Brozoviçlə əməkdaşlıqda maraqlıdır.
Apasport.az saytının məlumatına görə, “neradzurra” Xorvatiya millisinin üzvü ilə yeni müqavilə imzalamaq fikrindədir.
Hazırda sözləşmənin uzadılması ilə bağlı tərəflər arasında danışıqlar aparılır. Klubun baş direktoru Cüzeppe Marotta da 29 yaşlı oyunçunun qalmasını istədiklərini açıqlayıb. Brozoviçlə “Mançester Yunayted”in maraqlandığı bildirilsə də, “qırmızı şeytanlar” ona heç bir təklif göndərməyib.
Qeyd edək ki, Marselo Brozoviçin 2015-ci ildən formasını geyindiyi “İnter”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0