“Keşlə” 3-cü pillədə
18.10.2021 - 10:17
“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, yubiley Premyer Liqanın VII turuna təsadüf edib.
Sənan Qurbanovun yetirmələri səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.
Qeyd edək ki, “Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0