“Keşlə” Premyer Liqada mövsümün ilk qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda VI turda “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.
Bu qələbə ilə “Keşlə” antirekordun bir addımlığında dayanıb. Bakı klubunun tarixində Premyer Liqanın startındakı ən gec məğlubiyyəti VII tura təsadüf edib. Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt 6 turda 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda uğursuzluğa 7-ci oyunda son qoyub.
5 matçlıq seriyanı dayandıran “Keşlə” 135 günlük qələbə həsrətinə son qoyub. Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün mayın 19-da keçirilən son turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etmişdi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”