Azərbaycan Premyer Liqasının VII turunda “Səbail” üzərində səfər qələbəsi qazanan “Keşlə” əvəzində bir futbolçusunu itirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Felipe Santos cəzalı duruma düşüb.
Yay fasiləsində heyətə cəlb olunmasına baxmayaraq, qısa müddətdə komandasının liderinə çevrilən Santos 2:1 hesabı ilə qalib gəldikləri matçın 60-cı dəqiqəsində sarı vərəqə alıb. Bununla braziliyalı pleymeyker 4 sarı limitini doldurub. O, III turda “Zirə”, V turda “Qarabağ” və VI turda “Sabah”la matçda da eyni halla üzləşib.
Santos “Qəbələ” ilə növbəti turda görüşündə məşqçilər korpusunun sərəncamında olmayacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"