“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold zədələnib.
Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Almaniyalı mütəxəssis gənc cinah oyunçusunun Çempionlar Liqasında “Porto” (5:1) ilə matçdan əvvəl məşqdə ayağından xəsarət aldığını bildirib: “Əvvəlcə zədənin ciddi olmadığı görünürdü. Ancaq tibbi müayinənin cavabı fərqli oldu. “Porto” ilə matça bizimlə yollanmadı. Trentin “Mançester Siti” ilə görüşdə iştirakı da sual altındadır”.
Qeyd edək ki, Premyer Liqanın VII turu çərçivəsində keçiriləcək “Liverpul” – “Mançester Siti” oyunu oktyabrın 3-nə təsadüf edəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”