“Bir neçə dəyişiklik etdik, fürsətlər yaratdıq, amma oyunu çevirə bilmədik”.
Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Polşa çempionatının IX turunda “Rakuv”la keçirilən oyunu dəyərləndirərkən deyib.
Varşava təmsilçisinin doğma arenasında 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmada qollardan birinə Azərbaycan millisinin hücumçusu Mahir Emreli imza atıb. Yığmamızın üzvü daha iki real qol şansını əldən verib.
Emreli barədə xüsusi danışan Mixneviç ona görə məyus olduğunu gizlətməyib: “Əsasən də, Mahirə görə üzülürəm. Çünki o bizə heç-heçə qazandıra bilərdi. Ancaq ümumilikdə “Rakuv” qədər effektli ola bilmədik”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”