“Mançester Yunayted” yeni baş məşqçi axtarışlarını dayandırıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb mövsümün sonunadək müvəqqəti baş məşqçi təyin olunan Ralf Ranqnikdir.
Klub rəhbərliyi almaniyalı mütəxəssisin işindən və əldə olunan nəticələrdən razıdır. Bu üzdən də onun postunda saxlanılması variantı nəzərdən keçirilir.
Noyabrın 29-dakı təyinatdan sonra mançesterlilər 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətə imza atıb. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, öncə Erik Ten Haq, Maurusio Poçettino, Xulen Lopeteqi və Luis Enrikenin namizədliyi müzakirə olunurdu.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı