“Mançester Yunayted”in hədəfində - Dembele
24.09.2021 - 17:22
“Mançester Yunayted” heyətinə daha bir ulduz futbolçu qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Barselona”nın hücumçusu Usman Dembelenin transferində maraqlıdır.
24 yaşlı fransalının müqaviləsi gələn ilin yayında başa çatacaq. İspaniyalılar onunla müqaviləni uzatmaqla bağlı danışıqlar aparır. Usman sözləşməni uzatmasa, Mançester təmsilçisinə azad agent kimi də keçə bilər.
Qeyd edək ki, Dembele ötən mövsümün 44 oyununda 11 qol vurub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0