Ardıcıl oyunlarında 2-dən artıq qol vurulmayan klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, davam edən seriyalar arasında dünya rekordu “Hurakan”a məxsusdur.
Argentina təmsilçisi son 11 çempionat matçında “menşe” oynayıb. Liderin bir addımlığında dörd komanda qərarlaşıb.
Onlar arasında “Sumqayıt” da var. “Gənclik şəhəri” təmsilçisi ardıcıl 10 matçdır “menşe” oynayır.
Ayxan Abbasovun yetirmələrinin cari mövsümdəki 4 görüşündə 2-dən çox qol vurulmayıb. “Sumqayıt” “Sabah”la “Keşlə”ni eyni – 2:0 hesabı ilə məğlub edib, “Səbail”dən bir, “Qarabağ”dan iki cavabsız qol buraxıb.
Bu tendensiya ötən çempionatın son 6 matçında da keçərli olub. “Qəbələ” (2:0), “Zirə” (0:0), “Sabah” (0:2), “Keşlə” (1:0), “Neftçi” (0:1) və “Səbail”lə (1:0) matçlarda qol sayı 2-ni keçməyib.
“Sumqayıt”ın görüşündə daha çox qolun vurulmasına sonuncu dəfə aprelin 21-də təsadüf olunub. Həmin vaxt komanda “Qarabağ”a 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, daha üç komanda son 10 görüşdə “menşe” oynayıb. Bunlar Braziliyada “Mineyro”, İtaliya C seriyasına “Mantoya” və “Andriya”dır.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”