“Napoli”də taleyinə aydınlıq gəldi – İnsinyenin
12.07.2021 - 17:28
İtaliya millisinin futbolçusu Lorenso İnsinyenin gələcək taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Napoli”nin hücumçusu klubunu dəyişməməyə üstünlük verib.
30 yaşlı futbolçu Neapol təmsilçisi ilə yeni müqavilə imzalamaq barədə düşünür. Yaxın günlərdə görüşməli olan tərəflər yeni anlaşmanın detallarını müzakirə edəcək.
İnsinye artıq klub rəhbərliyinə öz şərtini çatdırıb. O, ildə 5 milyon avro maaş tələb edir.
Qeyd edək ki, İnsinyenin hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0