Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, tədbirdə Çempionlar yolu və Əsas yolu üzrə püşkatma keçirilib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin 10 cütü birinci yolda mümkün rəqiblərini tanıyıb. Azərbaycan çempionu “Neftçi”nin Yunanıstan “Olimpiakos” klubu ilə cütündə məğlub olacaq komandanın da mümkün rəqibi bəlli olub.
“Neftçi” Çempionlar Liqasına vida etsə, "Malmö" (İsveç) - HİK (Finlandiya) cütündə uduzan tərəflə qarşılaşacaq. Avropa Liqası avqustun 5-də start götürəcək, cavab görüşləri 12-də keçiriləcək. “Olimpiakos” – “Neftçi” cütünün məğlubu ilk oyuna evdə çıxacaq.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi iyulun 20-21-də və 27-28-də keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi