“Neftçi” yarımmüdafiəçisi Mamadu Kane ilə qış fasiləsində yollarını ayıra bilər.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, buna səbəb qvineyalı futbolçunun uğurlu çıxışını davam etdirməsidir.
Yayda onu Azərbaycan çempionundan transfer edərək 4 illik müqavilə imzalayan və “Neftçi”yə birillik icarəyə verən “Olimpiakos” bu gedişlə mövsümün sonunu gözləməyəcək. Kanenin çıxışını diqqətlə izləyən Pirey klubunun nümayəndələri onun həm “Neftçi”də, həm də Qvineya yığmasındakı performansından məmnundur.
Yunanıstan təmsilçisi 24 yaşlı orta sahə oyunçusunu artıq yanvarda heyətə cəlb etməyi planlaşdırır. Ancaq bunun üçün komandada əcnəbi oyunçulardan biri yola salınmalıdır.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi