“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XI turunda “Sabah”la oyundan sonra gərginlik yaşadığı klubun azarkeşləri ilə görüşüb.
Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, hücumçu gərginlik yaşadığı azarkeşlə və “Forza Neftçi” fan-klubunun üzvləri ilə bir araya gəlib. Görüş zamanı yaşanan xoşagəlməz hal müzakirə olunub, anlaşılmazlıq olduğu müəyyənləşib. Hər iki tərəf təhqirə yol vermədiyini bildirib.
Klub rəsmisi futbolçunun cəzalandırılıb-cəzalandırılmamasına da aydınlıq gətirib. Rəhbərlik Mirabdulla ilə bu barədə görüşüb, daha bir dəfə söhbət olacaq. “Neftçi” Abbasovla bağlı radikal qərar verməyə tələsmir.
Qeyd edək ki, “Neftçi” – “Sabah” görüşü ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı