“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, müdafiəçi Pape Abu Sissenin Fransa klubuna satılması nəzərdə tutulub.
Bu ilin ilk 6 ayını icarə əsasında “Sent-Etyenn”də keçirən seneqallı oyunçu Fransa Liqa1-nə qayıdan “Trua”ya keçmək üzrədir. “Neftçi” ilə Pireydəki qarşılaşmanın ikinci hissəsində iştirak edən 26 yaşlı futbolçunun Bakıdakı cavab görüşündən sonra “Trua”ya keçidinin rəsmiləşməsi gözlənilir. Klublar 5 milyon avroya transferin gerçəkləşməsi yönündə ilkin razılığa gəlib.
Qeyd edək ki, “Neftçi” ilə “Olimpiakos” arasında Yunanıstanda keçirilən ilk oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü sabah baş tutacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı