"Neftçi" və "Qarabağ"a xəbərdarlıq etdi - AFFA
17.09.2021 - 13:30
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarda baş verən neqativ hallara hüquqi qiymət verilib.
Əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ”ın (1:2) duelində 4 futbolçusu sarı vərəqə alan birincilər 800 manat cərimə olunub. Bundan başqa hər iki kluba ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.
“Sabah” – “Qəbələ” (0:2) matçında isə ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.
0
0