“Neftçi”dən ayrılacaq növbəti futbolçunun kimliyi dəqiqləşib.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubundan “sportinfo.az”a bildirilib.
Məlumat verilib ki, Mamadu Kane ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. “Olimpiakos” müqavilə ilə ona məxsus olan yarımmüdafiəçinin sözləşməsinin ləğvi məqsədilə “Neftçi”yə məktub ünvanlayıb.
Bakılı nümayəndələr Yunanıstan təmsilçisinin istəyini müsbət cavablandırıb və Kane ilə rəsmən vidalaşıb.
Beləliklə, son 1 ayda “Neftçi”dən gedənlərin sayı 6-ya çatıb: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş (azad agent), Anxel Korrea ("Olimpiakos Volos", Yunanıstan).
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı