Avropanın top klublarının reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.
Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 192 xalla 86-cı pillədə qərarlaşıb.
Qurban Qurbanovun yetirmələri ötən reytinqlə müqayisədə 1 xallıq artıma nail olub. Bu, bir addımlıq irəliləyiş üçün yetərli olub. “Qarabağ” Fransanın “Nitsa” klubunu keçib.
“Neftçi” 30 xalla 241-cidir. Bakılılar ötən cədvəldəki yerini 13 pillə yaxşılaşdırıb. “Qəbələ” isə 4 pillə geriləyib. 20 xalı olan təmsilçimiz Avropada 287-cidir.
Qeyd edək ki, cədvəlin lideri 2078 xalı olan “Real”dır.