“Nyukasl”dan üç transfer həmləsi
31.01.2022 - 15:54
“Nyukasl” transfer pəncərəsinin son günündə də çalışmalarına ara vermir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu üç futbolçunun keçidini həll etməyə çalışır.
“Reyms”in hücumçusu Yuqo Ekitik üçün 25 milyon avro təklif olunub. Fransa klubu 19 yaşlı oyunçunu satmağa razılaşıb. Onunla 5 illik müqavilə imzalanacaq.
“Aston Villa”nın müdafiəçisi Mett Tarqett də “Nyukasl”a keçəcək. O, bu gün tibbi müayinədən sonra müqavilə imzalayacaq. “Brayton”un müdafiəçi Den Bern üçün 15 milyon avro ödəniləcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0