“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager dünya futbolunun iki məşhur siması Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib.
Apasport.az saytının məlumatına görə, ingiltərəli Leonu həmkarından üstün sayıb.
Onun fikrincə, argentinalı ən yaxşıdır: “Mən nə Ronaldonun, nə də Messinin böyük fanatıyam. Ancaq Ronaldo bütün zamanların ən yaxşı futbolçusu deyil. Messi Ronaldodan daha yaxşı statistikaya malikdir. Messi oyuna diktə edə bilər, amma Ronaldo yox. Messi meydanda gözlərinizə inanmadığınız hərəkətlər edə bilər. Ronaldonun etdikləri digər oyunçuların da təkrarlaya biləcəyi şeylərdir. Amma Messi daha əvvəl görmədiyiniz hərəkətləri edir”.
Qeyd edək ki, yay fasiləsində Messi PSJ-yə, Ronaldo isə “Mançester Yunayted”ə keçib.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?