Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” – “Neftçi” matçının təyinatları açıqlanıb.
Apasport.az-ın Bakı klubunun rəsmi saytına istinadən məlumatına görə, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.
UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.
Qeyd edək ki, iyulun 21-də Pireydə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında cavab matçı ayın 28-də “Bakcell Arena”da (21:00) baş tutacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi