“Sabah bizim növbəti avrokubok oyunumuz olacaq".
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Nikolas Panayiotu deyib.
21 yaşlı dayaq yarımmüdafiəçisi Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.
Kipr millisinin debütantı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb: “Meydana qələbə üçün çıxacağıq. Son matçda qazandığımız qələbənin ardını gətirmək istəyirik. Komandamız buna hazırdır".
O, avrokuboklarda çıxış etməyin özü üçün böyük önəm kəsb etdiyini vurğulayıb: "Deyə bilərəm ki, avrokubok oyunları mənim üçün həmişə vacib olub. Uşaqlıqdan bu, mənim üçün arzuladığım oyunlar olub".
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı