“Sabah vacib oyuna çıxacağıq".
Apasport.az saytının məlumatına görə, bu sözlər “Omoniya”nın kapitanı Xordi Qomesə məxsusdur.
Kipr təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turu çərçivəsində sabah Nikosiyada “Qarabağ”ı qəbul edəcək.
36 yaşlı ispaniyalı yarımmüdafiəçi qatıldığı mətbuat konfransında hədəflərinin qələbə olduğunu vurğulayıb: “Bu matçın kritik olduğunu düşünmürəm. Amma yenə də uğurlu nəticə əldə etmək istəyirik. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq istəyirik. Tələblər əvvəlki iki mövsümdən daha yüksəkdir. Nə qədər uğurlu olarsa, tələblər də bir o qədər yüksələr. Komandamıza güvənirəm".
Qeyd edək ki, “Omoniya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”