“Qarabağ”la oyunda qələbədən başqa nəticə mənim üçün müsbət sayılmayacaq”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın veteran futbolçusu Andreas Giatru Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.
Kipr mətbuatına danışan mütəxəssis “Omoniya”dan qələbə gözlədiyini söyləyib: “Omoniya” rəqibini evdə qəbul edir. Fikrimcə, təmsilçimiz “Qarabağ” və “Kayrat”la ev oyunlarında qələbə qazanmasa, uğursuzluq sayılacaq. Həlledici matçlardan biri bu gün “Qarabağ”a qarşı keçiriləcək. Qrup birinciliyini demirəm, hətta ikinci yerə iddia etmək üçün də “Qarabağ”ı məğlub etməlisən. Komanda bunu bacarsa, daha böyük hədəflərdən danışmaq olar”.
Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”