“Oser”in futbolçusu Ali Ndom karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi Premyer Liqa klublarının maraq dairəsinə düşüb.
26 yaşlı orta sahə oyunçusunun Liqa2 təmsilçisindən ayrılmaq istəməsi onun ölkəmizə gəlişini sürətləndirə bilər. Fransa klubu da cari mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən Ndomla yollarını ayırmağa qarşı deyil. Müqavilə müddəti mövsümün sonuna qədər olsa da, Ndom özünə yeni komanda tapsa, tezliklə sözləşməyə xitam verilməsi nəzərdən keçiriləcək.
Qeyd edək ki, Ali Ndom dayaq yarımmüdafiəçisi və orta sahə mövqeyində çıxış edə bilir. “Reyms”in yetirməsi olan futbolçu 2019-cu ildən “Oser”in formasını geyinir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı