“Sabah bizi çox çətin oyun gözləyir".
Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin kapitanı Emin Mahmudova məxsusdur.
29 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib.
O, səfərdəki 2:1 hesablı qələbəyə baxmayaraq, meydana eyni məqsədlə çıxacaqlarını söyləyib: “Onlarda çempionatın gedişidir, “Dinamo” bizdən hazırlıqlıdır. Amma çalışacağıq bu dəfə top daha çox bizdə olsun. Çünki ilk görüşdə bu alınmırdı. "Dinamo"nun üstün və zəif tərəfləri ilə bağlı baş məşqçi bizə öz tapşırıqlarını verəcək".
Mahmudov səfər qolu ləğvi barədə də fikir bildirib: "Mən əvvəlki sistemin tərəfdarı deyiləm. Səfərdəki komandalar qol vurmağa çalışırdılar. Amma indi bir qədər fərqlidir. Məncə, yeni sistemə əsasən penalti seriyaları daha çox olacaq".
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlayacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi