“Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, müdafiəçi Deandre Yedlin “cim-bom”la vidalaşıb.
Baş məşqçi postundakı dəyişikliyə baxmayaraq, son 4 matçda məğlub olan “sarı-qırmızılılar”da uğursuzluğun səbəbkarlarından biri də 29 yaşlı sağ cinah oyunçusu göstərilib. ABŞ millisinin üzvü İstanbulda istifadə etdiyi avtomobilini artıq ölkəsinə göndərib. Gün ərzində ayrılığın rəsmən açıqlanması gözlənilir.
“Qalatasaray”da keçirdiyi 36 oyunda 1 qol, 1 assistlə yadda qalan Deandre Yedlinin klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, yerli KİV “Qalatasaray”ın yarımmüdafiəçi Qustavo Assunçao ilə vidalaşdığını da iddia edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı