“Qalatasaray”da prezidentliyə üçüncü namizəd
07.04.2022 - 17:10
“Qalatasaray”ın prezidenti postuna namizədlər siyahısına daha bir iddiaçı əlavə olunacaq.
Apasport.az saytının məlumatına görə, İstanbul klubunun İdarə Heyətində yer alan Begüm Özkan aprelin 30-dakı seçkilərdə 3-cü namizəd olacaq.
Bunadək Metin Öztürk və Eşref Hamamcıoğlunun namizədliyi rəsmiləşib. Bunun üçün zəruri olan sənədlərin toplanmasına start verən Özkan Adnan Polatın komandasına yaxınlığı ilə seçilir.
Qeyd edək ki, klub prezidentliyinə namizədliklərin qəbulu sabah başa çatacaq.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0