“Pafos”la oyunda hesabda geridən gəlib heç-heçə etdiyimiz üçün şadıq. Amma bir az da artırmalıyıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının IV turunda “Pafos”la keçirilən oyundan (1:1) sonra deyib.
Norveçli mütəxəssis Konfrans Liqasının II turunda “Qarabağ”la keçiriləcək matça da münasibət bildirib. Berq hücumda daha effektli olmağın vacibliyini vurğulayıb: “Qarşılaşmanın nəticəsinin “Qarabağ”la oyun öncəsi bizə mənfi təsir edəcəyinə inanmıram. İndi bu barədə düşünmürük. O ki qaldı “Qarabağ”a, biz Azərbaycan klubuna qarşı matça hazırlıq dönəmində “Pafos”la görüşdə yaşanan heç nəyə fikir verməyəcəyik. Müdafiədə yaxşıyıq, hücumda daha kəsərli oynamalıyıq. “Qarabağ”la matçı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Omoniya” – “Qarabağ” oyunu sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda keçiriləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”