Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq AEL ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Andre Teyşeyra zədədən əziyyət çəkir.
Əvvəlki mərhələdə “Vlajniya” ilə cavab qarşılaşmasının birinci hissəsində zədələnərək əvəzlənən portuqaliyalı oyunçunun Azərbaycan təmsilçisi ilə ilk görüşdə iştirakı real görünmür. Onun boşluğunu yeni transfer Konstantinos Sotiriu doldurmağa çalışacaq. Məşqçilər korpusu Kipr millisinin üzvünü “AEK Arena”dakı görüşə hazırlayır.
Qeyd edək ki, AEL-lə “Qarabağ” arasında ilk matç avqustun 5-də Kiprdə keçiriləcək.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı