“Qəbələ”nin avrokubok oyununa təyinat aldı - Ştuxlik
22.09.2021 - 11:19
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, o, UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsində Niderlandın “Alkmar” komandasına qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.
Sentyabrın 29-da Qəbələ şəhər stadonunda təşkil olunacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüş saat 17:00-da start götürəcək.
0
0