Avropa çempionatı və Amerika kuboku turnirindən sonra “Qızıl top” mükafatına ən real namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Argentina millisi ilə Amerika kubokunu qazanan Lionel Messi fərdi mükafata ən layiqli iddiaçı sayılır.
34 yaşlı superulduz bunu reallaşdırarsa, 7-ci dəfə “Qızıl top” mükafatının qalibi olacaq. 2021-ci ildəki performansına görə, “Bavariya”nın polşalı hücumçusu Rober Levandovski ikinci namizəddir. İtaliya millisi ilə Avropa çempionluğunu, “Çelsi” ilə də Çempionlar Liqasını qazanan Jorjinyo ilk “üçlüy”ü qapayır.
1. Lionel Messi (Argentina / “Barselona”)
2. Robert Levandovski (Polşa / “Bavariya”)
3. Jorjinyo (İtaliya / “Çelsi”)
4. Nqolo Kante (Fransa / “Çelsi”)
5. Romelu Lukaku (Belçika / “İnter”)
6. Kevin De Bruyne (Belçika / “Mançester Siti”)
7. Harri Keyn (İngiltərə / “Tottenhem”)
8. Kriştiano Ronaldo (Portuqaliya / “Yuventus”)
9. Kilian Mbappe (Fransa / PSJ)
10. Canluici Donnarumma (İtaliya / PSJ)
11. Kərim Benzema (Fransa / “Real”)
12. Erlinq Haland (Norveç / “Borussiya” Dortmund)
13. Rahim Sterlinq (İngiltərə / “Mançester Siti”)
14. Federiko Kyeza (İtaliya / “Yuventus”)
15. Neymar (Braziliya / PSJ)
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı