Bu il “Qızıl top”u PSJ-nin hücumçusu Lionel Messi qazanacaq.
Apasport.az saytının məlumatına görə, bu iddia ilətanınmış jurnalistlər Xosep Pedrerol (“El Chiringuito”) və Matte Moreno (“Calciomercato”) çıxış edib.
Onların fikrincə, səsvermənin nəticəsi artıq məlumdur və argentinalı hamıdan 7-ci dəfə bu titula yiyələnəcək. “Real”ın hücumçusu Kərim Benzemanın ikinci, “Bavariya”nın forvardı Robert Levandovskinin isə üçüncü yeri tutacağı bildirilib.
“France Football” tərəfindən təşkil edilən “Qızıl top”un təqdimetmə mərasimi noyabrın 29-da Parisdə baş tutacaq.
Qeyd edək ki, Lionel Messi bu il Argentina millisi ilə Amerika Kubokunu qazanıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı