"Real" Mbappe üçün qiyməti qaldırdı - 170 milyon
21.08.2021 - 12:05
İspaniyanın “Real” klubu Killian Mbappenin transferini gerçəkləşdirmək arzusundan əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Fransa millisinin və PSJ-nin hücumçusunu bu yay heyətinə qatmaqda maraqlıdır.
İspaniyalılar transfer pəncərəsinin sonunadək keçidin həll olunmasını istəyir. “Real” PSJ-yə yeni təklif də hazırlayıb.
“Kral klubu” Mbappe üçün 170 milyon avro təklif edir. Əvvəl bu rəqəm 130 milyona bərabər idi.
0
0