İspaniyanın “Real” klubu yeni futbolçunun transferində maraqlıdır.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Uruqvayın “Penyarol” klubunda çıxış edən Aqustin Alvaresi transfer etmək istəyir.
20 yaşlı futbolçu vətənində yeni Edinson Kavani hesab olunur. Onun transfer qiyməti 5 milyon avro ilə dəyərləndirilir.
Lakin Aqustinin müqaviləsində satış qiyməti kimi 20 milyon avro qeyd edilib. “Real” uruqvaylı istedada göz dikən yeganə nəhəng deyil. “Yuventus”, “Napoli” və “Mançester Yunayted” də Alvaresin transferini reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, “Real” futbolçu ilə müqavilə imzaladıqdan sonra onu icarəyə verməyi planlaşdırır.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?