“Real”ın futbolçuları Braziliya millisinin düşərgəsini vaxtından əvvəl tərk etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu Braziliya Futbol Konfederasiyasının direktoru Juninyo açıqlayıb.
O bildirib ki, yığmanın oyunları başa çatana qədər heç bir futbolçu düşərgədən ayrılmayacaq. Fevralın 3-də İspaniya kubokunun “Atletik”lə görüşünə çıxacaq “Real” onların xidmətindən yararlanması sual altına düşüb.
Madridlilər Kazemiro, Eder Militao, Rodriqo və Vinisius Juniorun tez buraxılmasını xahiş etsə də, cənubi amerikalılar bu güzəştə getməyəcək. Bu futbolçular yalnız millinin hər iki görüşü bitəndən sonra Avropaya qayıdacaq ki, bu da onların kubok matçında iştirakını sual altına salır.
Qeyd edək ki, Braziliya millisi yanvarın 27-də Ekvador, fevralın 1-də Paraqvayla görüşəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı