“Real”ın fransalı futbolçulara olan marağı artır.
Apasport.az saytının məlumatına görə, “kral klubu” millinin daha bir gənc üzvü Orelyen Tçuameniyə “elçi düşüb”.
Yayda Eduardo Kamavinqanı heyətinə qatan, mövsümün sonunda isə Kilian Mbappe ilə müqavilə bağlamaq istəyən La Liqa təmsilçisi “Monako”nun yarımmüdafiəçisini də almağı planlaşdırır. Millətlər Liqasının İspaniyaya qarşı final görüşündəki (2:1) çıxışı ilə seçilən 21 yaşlı orta sahə oyunçusunun transfer qiyməti 35 milyon avro dəyərindədir.
Qeyd edək ki, “Monako” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Orelyen Tçuameni ilə “Yuventus” və “Çelsi” də maraqlanır.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”