"Sabah" futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Apasport.az Lent.az-a istinadən məlumat verir ki, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ni (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə ilə hüquqi şəxs üç yüz manat məbləğində cərimə edilir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"