Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Atabey Çiçek karyerasını yenidən “Samsunspor”da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücum xəttini gücləndirməyə qərar verən Samsun təmsilçisi İstanbul klubunun forvardını geri qaytarmaqda iddialıdır.
Keçidin baş tutması isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelidən də asılıdır. “Başakşəhər” Polşa “Legiya”sında çıxış edən hücumçumuzun komandaya keçəcəyini gözləyir.
Emreli İstanbul klubuna keçsə, Çiçek “Samsunspor”a göndəriləcək. Artıq futbolçunun özü ilə də anlaşan samsunlular transferin reallaşmasını gözləyir. Bu üzdən aşağı liqa təmsilçisi də Emrelinin “Legiya” ilə probleminin tez həll olmasında və “Başakşəhər”ə keçməsini istəyir.
Qeyd edək ki, Atabey cari mövsüm Super Liqada 6 matça çıxıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı