Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli məlum olub.
Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən öncə keçiriləcək turun matçları üç günü əhatə edəcək.
Bu tur liderlər “Qəbələ” və “Qarabağ”ın, həmçinin autsayderlər “Keşlə” və “Sabah”ın dueli ilə əlamətdar olacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
VI tur
1 oktyabr (cümə)
18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
2 oktyabr (şənbə)
17:00. “Keşlə” – “Sabah”
“ASK Arena”
19:15. “Səbail” – “Neftçi”
“ASCO Arena”
3 oktyabr (bazar)
19:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”
Qeyd edək ki, “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə VI turun oyunu “Səbail” – “Neftçi”, XII turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”