“Səbail”in hücumçusu Nikolas Raysel zədələnib.
Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə 0:4 hesabı ilə məğlub olduqları oyunda Nikolas Rayselin əvəzlənməsinə münasibət bildirərkən verib.
Çalışdırıcı fransalı ön xətt oyunçusunun fasilədən sonra əvəzlənməsini zədə ilə əlaqələndirib: “Raysel ayağında ağrı hiss elədi. Həftəiçi bir neçə oyunçunun zədəsi var idi. Rayselin də ayağında ağrılar olduğu üçün onu əvəzləməli olduq”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 13-də keçiriləcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"