“Səbail” sabiq qapıçısını qaytardı
05.02.2022 - 11:00
“Səbail” daha bir qapıçı ilə anlaşıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Hüseynəli Quliyev sabiq komandasına qayıdıb.
Premyer Liqanın autsayderi 23 yaşlı qolkiperlə il yarımlıq müqavilə imzalayıb. O, 2017/18 mövsümündə Gənclər Liqasının bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib və ilin qapıçısı mükafatına layiq görülüb. Quliyev daha sonra “Sumqayıt” və “Sabah”ın formasını geyinib.
Qeyd edək ki, “Səbail” dünən “Zirə”dən ayrılan Rəşad Əzizlini də heyətinə qatıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0