Dünya ölkələrinin futbol liqalarında davam edən ən uzun seriyalar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan təmsilçisi “Səbail” də var.
Bakı klubu az qol vurmaqda “fərqlənib”. Paytaxt təmsilçisi son 18 oyunda 1-dən artıq qol vurmayıb.
Aftandil Hacıyevin yetirmələri bu göstəricidə dünya ikincisidir. Yalnız “Universtatya San-Martin”i daha uzun həsrət yaşayır. Bu komanda Peru çempionatının yüksək liqasında 19 matçdır 2 və ya daha çox qol vura bilmir.
Bakılılar sonuncu dəfə 2021-ci il fevralın 19-da 2 top vura bilib. Həmin vaxt “Səbail”in “qurban”ı “Sabah” olub – 2:0. Ondan sonra 8 qarşılaşmada bir qola sevinən “dənizçilər” 10 dəfə meydandan solsuz ayrılıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”