“Sevilya” özbəkistanlı futbolçunu istəyir
03.10.2021 - 17:21
“Roma”nın hücumçusu Eldor Şomurodov İtaliyanı tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı forvardın İspaniyaya köçmək variantı yaranıb.
“Roma”ya bu yay “Cenoa”dan keçən Özbəkistan yığmasının üzvünü əndəlüslər mövsümün sonunda heyətə cəlb etməyi planlaşdırır. Lakin “canavarlar”ın baş məşqçisi Joze Mourinyo Şomurodovdan məmnundur və ayrılmasını istəmir. Onun A seriyası təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Eldor Şomurodov bu mövsüm A seriyasında 6 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0