Azərbaycan Premyer Liqasının XI turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, onlardan biri qırmızı, ikisi sarı vərəqə limiti üzündən diskvalifikasiyaya məruz qalıb.
“Sumqayıt” daha çox itki ilə üzləşib. “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi “Zirə” ilə XII turun qarşılaşmasına iki futbolçusu olmadan çıxacaq. Vurğun Hüseynov qırmızı vərəqə alıbsa, Vüqar Mustafayev 4-cü sarı vərəqə aldığından turu buraxacaq.
Digər cəzalı bu yay “Sumqayıt”ı “Neftçi”yə dəyişən Xəyal Nəcəfovdur. “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda aldığı sarı vərəqə onun üçün 4-cü olub. Xəyal “Səbail”lə oyunda “istirahət edəcək”.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı