“Qarşıda çox çətin oyunlar olacaq. Əvvəlcə sabah, sonra Azərbaycanda”.
Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Çukariçki” klubunun kapitanı Marko Doçiç deyib.
O, Konfrans Liqasının “Sumqayıt”la sabahkı matçına həsr olunan mətbuat konfransında oyun barədə danışıb: “Rəqib çox intizamlı komandadır. Arxa xətdə 5 oyunçu ilə təşkilatlanmış müdafiəyə malikdir. Əks-hücumlarda çox sürətli və təhlükəli futbolçukarı var. Səbirsizliklə meydana çıxmağımızı gözləyirəm. Bizə azarkeşlərin dəstəyi lazımdır. Ona görə fanatları matça çağırıram ki , arxamızı onlara dayayaq”.
Kapitan tarixi uğura iddialarından danışıb: “Ümid edirəm ki, tarixi uğura imza atıb 3-cü tura yüksələcəyik. Bu klubun yeni tarixində ən böyük uğurlardan biri olar. Hesab edirəm ki, ilk oyunu evdə keçirmək üstünlükdür. Müsbət nəticə qazansaq, səfərdə işimiz yüngül olacaq. Klubda hər kəs fərdi qaydada rəqib barədə məlumat toplamağa çalışırdı. Azərbaycanda çalışan və ya ora ilə bağlılığı olmuş hər məşqçi və oyunçu ilə əlaqə saxlamışıq. Məhz onlardan öyrəndiklərimiz üzərində çalışmışıq”.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi