“Böyük beşlik” ölkələrinin çempionatlarında 300 və daha çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, son olaraq “Bavariya”nın hücumçusu Robert Levandovski bu siyahıya düşməyi bacarıb.
“Köln”lə səfər qarşılaşmasında het-trik edən polşalı forvard Almaniya Bundesliqasındakı ümumi qol sayını 300-ə çatdırıb.
Ümumi siyahıya Kriştiano Ronaldo başçılıq edir. Hazırda “Mançester Yunayted”in şərəfini qoruyan portuqaliyalı “top-5” liqanın 3 ölkəsində çıxış edib. Ronaldonu izləyən əzəli rəqibi Lionel Messi ondan cəmi 9 qol geri qalır.
1. Kriştiano Ronaldo (“Mançester Yunayted”, “Real”, “Yuventus”) - 484 qol
2. Lionel Messi (“Barselona”, PSJ) - 475 qol
3. Cimmi Qrivs (“Çelsi”, “Tottenhem”, “Milan”) - 366 qol
4. Herd Müller (“Bavariya”) - 365 qol
5. Stiv Blumer (“Derbi Kaunti”) - 317 qol
6. Diksi Din (“Everton”) - 305 qol
7. Zlatan İbrahimoviç (“Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”) - 301 qol
8. Robert Levandovski (“Borussiya” Dortmund, “Bavariya”) - 300 qol
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı